“Sərhədçi” qalib güləşçini təltif etdi

Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu və dünya kubokunun qalibi Rəsul Çunayev tələbəsi Xanhüseyn Abışov bu yaxınlarda İstanbulda eşitmə və danışma əngəlli güləşçilərin dünya çempionatında gənclər arasında gümüş, ustalarda bürünc medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, dünən idmançı “Sərhədçi” olimpiya-idman kompleksinin yeni güləş zalında təltif olunub. Mərasimdə “Sərhədçi”nin rəisi Elşən Mirzəyev və rəis müavini, idman bölməsinin rəhbəri Firdovsi Umudov iştirak ediblər.

Rəsul Çunayev tədbirlə bağlı bunu deyib: “Xanhüseynin qazandığı qələbələrdə “Sərhədçi” olimpiya-idman mərkəzinin xüsusi dəstəyi var. Bizim, eləcə də gənclərimizin hazırlıq mərhələləri məhz bu mərkəzin yeni istifadəyə verilən güləş zalında baş tutub. Biz də öz növbəmizdə daha yüksək nəticələr qazanmaq naminə dayanmadan əzmlə məşqlərə davam edəcəyik”.

Возможно, это изображение (один или несколько человек, люди стоят и в помещении)
Возможно, это изображение (13 человек, в том числе Rasul Chunayev, люди стоят и в помещении)

Həmin kateqoriyadan