- Baxış sayı: 100
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 100
- Sentyabr 24, 2026
- 0

“Bu dünya çempionatı digərlərindən fərqlənirdi. Hamı lisenziyaya köklənmişdi. Ona görə rəqabət çox gərgindi”. Allsport.az saytı xəbər verir ki, bunu Nur-Sultanda keçirilən planetin ən güclülərinin yarışının finalından sonra Şərif Şərifov dedi.
Olimpiya çempionumuzun sözünə görə, Abdulrəşid Sadullayevlə bir yerdə böyüyüb məşq etsələr də, belə böyük sınaqlardxa qarşılaşmaq ona çox zor gəlir: “Bütün çətinliyə rəğmən, üzərimə düşən vəzifənin öhdəsindən gəldim. İndi rahat Tokio olimpiadasına hazırlaşa bilərəm”.