Şərifov dünyanın ən yaxşı güləşçilərinin siyahısında yer alıb

Şərif Şərifov dünyanın ən yaxşı sərbəst güləşçilərinin mütləq reytinqində “Top-10”a düşüb.

Allsport.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı “Flo Wrestling”in mütəxəssislərinin hazırladığı siyahıda 9-cu pillədə qərarlaşıb. Zirvədə isə ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının finalında Şərifovu məğlub edən rusiyalı Abdulrəşid Sadulayev yer alıb. Onun həmyerlisi Zaurbek Sidakov (74 kq) ikinci sıradadır. “Üçlüy”ü mundialda həlledici görüşdə Azərbaycan yığmasının digər üzvü – 79 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənovu məğlub edən ABŞ pəhləvanı Kayl Deyk tamamlayır.

Çəki dərəcəsindən asılı olmayaraq dünyanın ən yaxşı sərbəst güləşçilərinin reytinqi

1. Abdulrəşid Sadulov (Rusiya, 97 kg)

2. Zaurbek Sidakov (Rusiya, 74 kg)

3. Kayl Deyk (ABŞ, 79 kg)

4. Qeno Petriaşvili (Gürcüstan, 125 kg)

5. Ceyden Koks (ABŞ, 92 kg)

6. Cordan Barrouz (ABŞ, 74kg)

7. Həsən Yazdani (İran, 86 kg)

8. Hacımurad Rəşidov (Rusiya, 65 kg)

9. Şərif Şərifov (Azərbaycan, 97 kg)

10. David Bayev (Rusiya, 70 kg)

Qeyd edək ki, Şərifov London-2012 Yay Olimpiya Oyunlarının qalibi, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən olimpiadanın isə bürünc mükafatçısıdır. O, həmçinin dünya və Avropa çempionu tituluna malikdir.

 

Həmin kateqoriyadan