“Səriştəsiz və savadsız məşqçilərin ucbatından karyeramın 18 ili hədər gedib”

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) 3-cü dəfə qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o bu nəticəni şəxsi İnstaqram hesabı üzərindən belə dəyərləndirib:

“Karyeram boyu hədəfim tək medal qazanmaq deyil, tarixə düşməyi arzulamışam. Təəssüf ki, 2000-ci illərdən 2018-ci ilədək bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm. Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq və tarix yazan Azərbaycan güləşçiləri sırasına düşəcəyəm.

Buna görə Allaha şükür edib qələbəmi müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza mənə azarkeşlik etdiyiniz üçün təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan