Səudiyyə Ərəbistanında baş verən hadisələrdən sonra Atatürkün qızlarından “Atatürk” paylaşımları

Səudiyyə Ərəbistanında superkubok uğrunda “Fənərbağça” – “Qalatasaray” matçından əvvəl “Filənin sultanları” Atatürkə və istiqlal marşına qoyulan qadağaya reaksiya verib. Allsport.az xəbər verir ki, super kubok matçı Ər-Riyadda baş tutmalı idi.

Səudiyyə rəsmiləri adıçəkilən klubların Atatürk köynəkləri və pankartları ilə matça gəlmək istəyini qəbul etməyib. TFF prezidenti Məhməd Böyükəkşi, gənclər və idman naziri Osman Aşqın Bax, “Fənərbağça” prezidenti Əli Qoç və “Qalatasaray” prezidenti Dursun Özbəklə görüşmək qərarına gəlib. Türkiyə qadın voleybol milli komandasından Əda Ərdəm, İlkin Aydın və Əbrar Qarakürt baş verənlərlə bağlı paylaşım ediblər.

“Fənərbağça Opet” və “Filənin sultanları”nın ulduzu Əda Ərdəm “X” hesabında Mustafa Kamal Atatürkün fotosunu paylaşaraq “Bir millət; Nə qədər ki, bir-biri ilə sıx bağlı olmağı bilirlər, yer üzündə onları dağıda biləcək güc yoxdur”. Mustafa Kamal Atatürk açıqlamalarına yer verib.

“Qalatasaray Daikin”də çıxış edən milli voleybolçu İlkin Aydın da Atatürkü paylaşıb. Gənc voleybolçu “X” hesabında Mustafa Kamal Atatürkün fotosunu paylaşaraq “Dünya lideri” yazıb.

Həmin kateqoriyadan