Ərəbistanda olan həmyerlimizə müjdə. Vüqar Bayramov: “İyulun 10-da çarterlə Vətənə qayıtmalıyıq”

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında 120-125 həmyerlimiz Azətbaycana dönmək üçün aylardır kömək gözləyirlər. Onların arasında millimizin voleybolçusu Vüqar Bayramov da var.

O, son mövsümü Ər-Riyadın “Əl-Nəsr” klubunda keçirib. Amma çempionat son 3 ayda koronavirus üzündən dayandırıldığından, orda qalmaq məcburiyyətində qalıb.

Bu gün İslam oyunlarının gümüş mükafatçısı ilə əlaqə saxladıq. O, allsport.az saytına açıqlamasında deyib ki, artıq müşdə var: “İyulun 10-da Vətənə qayıtmalıyıq. Bizə söz veriblər. Çarter reysi olacaq. Səbirsizliklə onun yolunu gözləyirik”. 

Həmin kateqoriyadan