Sabah Səbail rayon məhkəməsində güləş federasiyasına qarşı iddia ərizəsinə baxılacaq

5 keçmiş əməkdaşı ilə güləş federasiyası arasında məhkəmə çəkişməsi davam edir.

Allsport.az saytının əldə etdiyi məlumata görə, bu ilin mayın 31-dən heç bir əsas göstərilmədən işdən azad olunan Balağa Zamanov, Mikayıl Xaliqov, Nizami Hacıyev, Nərgiz Əliyeva və Orxan İmaməliyev 4 aylıq maaşlarını və məzuniyyət pullarının ödənilməsini tələbi ilə Nərimanov rayon məhkəməsində iddia ərizəsi qaldırıblar. Amma oradan deyiblər ki, bu işə Səbail rayonunda baxılmalıdır.

Noyabrın 27-də saat 12:00-da zərərçəkənlərin işinə baxılacaq. Hər kəsdə bu məbləğ ümumilikdə 4500-5000 manat civarındadır. Yayılan xəbərə görə, yeni rəhbərlik keçmiş federasiya prezidenti Fazil Məmmədovdan qalan borcu ödəmək niyyətində deyil. Hazırkı durumdan məşqçilər də narazıdır. Onlara da AGF-in 19 aylıq məvacib borcu var.

Həmin kateqoriyadan