- Baxış sayı: 36
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə 22-ci beynəlxalq yarışda yunan-Romaçılarımızdan Sabah Şəriəti (130 kq) gümüş medal qazanıb. Rio oyunlarının bürünc mükafatçısı yarış təəssuratını allsport.az saytı ilə belə bölüşüb:
“Bu yarış çox güclü idi. Kiyevə olimpiya və dünya və Avropa mükafatçıları toplaşmışdı. 2 görüşdə üstün olub finala yüksəldim. Belarus güləşçisi ilə həlledici mübarizədə də qələbəyə yaxın idim. 2:2 bitən qarşılaşmada hakimlər mənə qarşı ədalətsiz oldular, xalımı vermədilər.
Komandamız çox yaxşı çıxış etdi. 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazandı. Məşqçilər heyətinə, federasiya rəhbərliyinə təşəkkür edirəm”.