“Sabahların” bu gündən başlasın

“Sabahdan, növbəti həftənin əvvəlindən, bayramlardan sonra, ayın əvvəlindən”. Allsport.az saytı xəbər verir ki, bu söz necə də tanış gəlir, elə deyilmi?

Günlərin sayı getdikcə azalır, sən isə hələ də yerində oturmusan. Nə vaxt tərpənirsən? Bəhanə yox, motivasiya axtar. Instagram sosial şəbəkəsində, məşq zallarında keçirilən yarışmalarımıza qoşul və dəyərli hədiyyələr qazan. Əsas odur ki, hərəkət et və idmanla/fitneslə məşğul olmağa başla, çünki #YAYGELIR. Daha ətraflı: http://REDBULL.AZ/YAYGELIR

Mayın 12-dən etibarən #YAYGELIR kampaniyası çərçivəsində Heydər Əliyev mərkəzinin parkında açıq havada məşqlər keçirilir. Bu məşqlərdə iş və həftəsonu günləri sərbəst olaraq iştirak edə bilərsən. Fitnes məşqləri çərşənbə axşamları saat 10:00-da, çərşənbə günləri saat 20:00-da, bazar günləri isə saat 09:00-da başlanacaq. Paytaxtımızın peşəkar məşqçiləri tərəfindən mütəmadi olaraq keçiriləcək məşqlər öz yayqabağı hədəfinə çatmağında kömək edəcək.

#YAYGELIR kampaniyasına qoşul və yaya həm fiziki həm mənəvi hazır ol. Çünki, sağlam bədəndə sağlam ruh olar!

Həmin kateqoriyadan