Şaban Donat: Avropa çempionatında daha yaxşı çıxış edəcəyik

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə 22-ci beynəlxalq yarışda uğurla çıxış etmiş komanda üzvləri görüş keçirildi. Allsport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyində təşkil edilən tədbirdə yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi Şaban Donat da iştirak etdi.

Mütəxəssis idmançılarımızın qazandıqları uğurları yüksək qiymətləndirdi. O, Avropa çempionatında daha yaxşı çıxış etməyə çalışacaqlarını vurğulayıb.

Qeyd edək ki, “klassiklər”imiz onun rəhbərliyi ilə Ukraynada 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Həmin kateqoriyadan