Şaban Donatın komandası Avropa çempionatına iddialı yollanır

30 aprel – 6 mayda Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən yunan-Roma güləşi üzrə yığmamızın heyəti açıqlanıb.

Baş məşqçi Şaban Donat bu sınaqda Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Emin Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubova (130 kq) fürsət verəcək.

AGF-nin rəsmi saytında məşqçilər heyətində digərlərinin adı çəkilməsə də, Maxaçkalaya Akif Əliyev, Nurəddin Rəcəbov, Rövşən bayramov və Emin Əhmədovun da yollanacağı ehtimal olunur.

Qeyd edək ki, yunan-Roma güləşçilərinin mübarizəsi 3 gün davam edəcək. Ardınca qadın və sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

Həmin kateqoriyadan