Şağan olimpiya idman kompleksində güləş üzrə U-15 ölkə birinciliyi

7-10 iyunda Şağan olimpiya idman kompleksində ilk dəfə U-15 Azərbaycan birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın ilk 2 günündə sərbəst güləşçilər mübarizə aparacaq.

Növbəti 2 gündə isə yunan-Roma güləşçiləri çıxış edəcək. Hər gün 5 çəki üzrə qaliblər müəyyənləşəcək. Görüşlər saat 10:30-da başlayacaq.

İyunun 7-də saat 16:00-da açılış mərasiminin başlanması nəzərdə tutulub. Birinciliyin nəticələrinə əsasən, U-15 yaş qrupu üzrə millinin heyəti formalaşacaq.

Komandalarımız Avropa çempionatına toplanışı başa vurduqdan sonra, ora ezam olunacaqlar. Sözü gedən yarış iyulun 16-dan 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.

Həmin kateqoriyadan