Şahin Bağırov: Qadın voleybol millisi reytinqdə irəliləyib

“Yeni çempionatda həm qadınlarda, həm də kişilərdə 6 klub iştirak edəcək. Komandaların səviyyəsinin artmas maraqlı oyunlar vəd edir. Rəqiblərin heyətində legionçular var. Bu, yerli voleybolçuların inkişafına səbəb olacaq”.

Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan voleybol federasiyasının prezidenti Şahin Bağırov ölkə çempionatlarının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında dedi. Onun sözünə görə, qadınlardan ibarət millimiz Avropa çempionatında mərhələ adlamasa da, reytinqdə irəliləməyə nail olub:

“Bizimlə eyni qrupda yer alan Türkiyə yığması çempion oldu. Avropa çempionatında pis oynamadıq. Türkiyəli baş məşqçimizdən sonda hesabat istədik. Bildirdi ki, heyətdə xeyli yaşlı oyunçular olub, o üzdən irəli gedə bilməyiblər. Milli komandaya daha diqqətlə yanaşmalıyıq. Yarışda uğur da olur, uğursuzluq da. Hər zaman yaxşı məşqçi tapmaq olmur. Yeni anlaşacağımız mütəxəssis çox bacarıqlı olmalıdır”.

Həmin kateqoriyadan