Şahin Çatmanın Şimal Qərb səfəri

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Allsport.az xəbər verir ki, bu işlər çərçivəsində türkiyəli mütəxəssis Şahin Çatma bu gün Şimal Qərb bölgəsinə səfər edib. Səfərdə AVF-nin nümayəndələri də iştirak ediblər.

Ş.Çatma Qəbələ, Oğuz və Şəki rayonlarında voleybolla məşğul olan 15 yaşadək qızların seleksiya məşqini izləyib, əvvəlcədən müəyyən edilmiş kriteriyalara uyğun gələn voleybolçuların qeydiyyatını aparıb.
Sabah isə o, Gəncəyə yollanacaq.

Burada Gəncə və ətraf rayonlardan olan 15 yaşadək qızların məşqlərini izləyəcək, müvafiq qeydlərini aparacaq.
Türkiyəli mütəxəssis dünən Bakının 138 saylı orta məktəbində təhsil alan voleybolla məşğul olan qızların məşqinə baxış keçirib.

Həmin kateqoriyadan