“Sayt təhqir yazsa, bu, onu maliyyələşdirən klubun sifarişi kimi qəbul ediləcək”

Azərbaycan radiosu 105 Fm-də yayımlanan “Extra time” verilişinin qonağı idman jurnalistləri federasiyasının prezidenti Qabil Mehdiyev olub.
Allsport.az xəbər verir ki, o, təhqirə və böhtana yol verən saytlara qarşı atılacaq addımdan danışıb:

“Bizim federasiyanın hər hansı bir cəza mexanizmi mümkün deyil. Amma bütün idman federasiyaları, klublarla memorandum imzalayacağıq və onların qarşısında şərt qoyacağıq. Əgər idman mediasında inkişafa dəstək vermək istəyirsinizsə, bizimlə əməkdaşlıq edin.

Amma bir şərtlə, əgər sizin maliyyələşdirdiyiniz online media, sayt təhqirə yol verirsə, siz də avtomatik olaraq həmin təhqirin iştirakçısı, dolayı yolla sifarişçisi olursunuz. Belə olan halda biz həmin sayta dəstək olan federasiya və ya kluba müraciət edəcəyik ki, reklam müqavilənizə yenidən nəzər salın. Belə olanda da, həmin qurumlar o saytlarla reklam əməkdaşlığında ehtiyat edəcək”.

Həmin kateqoriyadan