- Baxış sayı: 35
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 92
- Avqust 10, 2026
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər”də 70 kq-da çıxış edən Cəbrayıl Hacıyev öncə Gürcüstan, sonra İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək, finala yüksəlib.
Moldovalı həmkarı ilə gərgin mübarizədə onu da üstələyən idmançımız, ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb. Həmin final qarşılaşmasının və mükafatlandırma mərasimində himnimizin səsləndirilməsinin görüntülərini təqdim edirik: