- Baxış sayı: 70
- 25 İyun 2026 17:55
- Baxış sayı: 92
- İyun 26, 2026
- 0
Milli komandamızın voleybolçusu Vüqar Bayramovun Misir Superliqasında formasını geyindiyi «Smoha» klubu dünən növbəti oyununu keçirib.
Allsport.az saytı xəbər verir ki, İsgəndəriyyə təmsilçisi 11 turda evdə «Domahnur» komandası ilə görüşüb. Matç 3:0 «ağ-göylər»in qələbəsi ilə tamamlanıb.
Bu görüşdə də həmyerlimiz forma geyinməyib. Belindəki zədə səbəbindən Vüqar Bayramov son 2 görüşü buraxmalı olub. İlk dövrədə «Smoha» 11 oyundan 8-ni qalib gəlib. Növbəti mübarizə fevralın 25-də başlayacaq.