- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 76
- May 11, 2026
- 0
Milli komandamızın voleybolçusu Vüqar Bayramovun Misir Superliqasında şərəfini qoruduğu «Smoha» klubu dünən növbəti matçını keçirib.
Allsport.az saytı xəbər verir ki, İsgəndəriyyə təmsilçisi 16-cı turda evdə «Vareye» komandası ilə görüşüb. Oyun 3:0 həmyerlimizin formasını geyindiyi kollektivin xeyrinə bitib.
«Smoha» itkisiz irəliləməkdə davam edir və yarış cədvəlində şəksiz liderliyini qoruyur. Millimizin voleybolçusu bu matçda da startda çıxış edib. Mübarizədə ən yaxşılardan olan Vüqar 14 xal yığıb.