- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 76
- May 11, 2026
- 0
Milli komandamızın voleybolçusu Vüqar Bayramovun Misir Superliqasında şərəfini qoruduğu «Smoha» klubu dünən növbəti matçına çıxıb.
Allsport.az saytı xəbər verir ki, İsgəndəriyyə təmsilçisi 13-cü turda evdə «Sportinq» komandası ilə qarşılaşıb. Matç 3:1 həmyerlimizin formasını geyindiyi kollektivin xeyrinə bitib.
Hazırda «Smoha» maksimum nəticə ilə yarış cədvəlində liderliyini davam etdirir. Millinin voleybolçusu saytımıza verdiyi açıqlamada deyib ki, rəqib çox güclü idi. Bu görüşdə o, komandasına 16 xal qazandırıb.