Son gündə yunan-Roma güləşçiləri yarışacaq

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın son günündə 66, 75, 85 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.

66 kq
1/8 final – Danielo Difeola (SWE) – Rövşən Tağıyev

75 kq
1/16 final – Peter Nagy (HUN) – Fuad Əliyev

85 kq
1/16 final – İslam Abbasov – Andrey Qladkix (UKR)

130 kq
1/8 final – Tiberiu Barbazan (ROU) – Oyan Nəzəriani

İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Yunan-Roma güləşçilərinin yarışında ilk gün Eldəniz Əzizli (59 kq) bürünc medal qazanıb.

Həmin kateqoriyadan