Son gündə 2 qızıl və 2 bürünc

Bolqarıstanda güləşçilərin Dan Kolov-Nikola Petrov beynəlxalq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, fevralın 17-dən 20-dək davam edən memorial “sərbəstlər” üçün ilin ilk yarışı olub. Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Veliko-Tırnovo şəhərində xalçaya çıxan 12 bahadırdan 8-i fəxri kürsüyə qalxıb. Cəmi 4 idmançımız medalsız qalıb ki, onların da 3-ü məhz zədələndiyi üçün, mübarizəni sonadək davam etdirə bilməyiblər.

Cəbrayıl Hacıyev (74 kq), Əbubəkr Abakarov (86 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) yarışın baş mükafatına yiyələniblər. Turan Bayramov (74 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medal qazanıblar. Adı 2-ci çəkilən pəhləvanımız, həm də turnirin ən yaxşı sərbəst güləşçisi mükafatına sahib çıxıb. Beləliklə, komanda yarışı 3 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. 

Millimiz üçün növbəti sınaq fevralın 24-27-dək İstanbulda ilin ilk reytinq turniri olacaq. Türkiyədə yarışda yığmamızın digər üzvlərinin iştirakı nəzərdə tutulub.

Həmin kateqoriyadan