Son gündə sərbəst güləşçilər üçün daha 4 medal şansı

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.

Sərbəst güləş yarışlarında ilk gün yığmamızın üzvlərindən Nurməhəmməd Hacıyev (96 kq) qızıl, Arif Hüseynov (50 kq) bürünc medal qazanıb.

Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə güləşçilər yarışır.

55 kq
1/8 final – Mahir Əmiraslanov – Toşihiro Kasiqava (JPN)

66 kq
1/8 final – Teymur Məmmədv – Jonatan Alvarez (ESP)

84 kq
1/16 final – Məhəmmədrəsul Qazıməhəmmədov – Mustafa Sessiz (TUR)

120 kq
1/8 final – Maksmiliano Betanzo (MEX) – Səid Həmidov

Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq)) və 1 bürünc (Elis Manolova (67 kq)) medal qazanıb və komanda hesabında Yaponiyadan sonra ikinci sırada qərarlaşıb.

Həmin kateqoriyadan