VİDEO
Son hazırlıq Bakıda

Son hazırlıq Bakıda

Yığmalarımız olimpiya güləş mərkəzində məşqləri davam etdirir. Allsport.az saytı xəbər verir ki, Göygöldə xüsusi fiziki hazırlıq üzrə toplanışını başa vurduqdan sonra Bakıya dönən komandalarımız, taktiki-texniki hazırlığı paytaxtda keçir. Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada qitə Avropa çempionatında iştirak edəcək komandalarımız gündə bir məşqlə son hazırlığı davam etdirir.

Sərbəst güləşçilərimiz sabah Polşaya yollanacaq. Qadınlar aprelin 18-də, yunan-Roma güləşçilərimiz isə ayın 20-də ölkəmizi tərk edəcək. Yarışın proqramına əsasən, aprelin 18-də sərbəst, 20-də qadın, 22-də isə yunan-Roma güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Aprelin 19-21-də sərbəst, 21-23-də qadın, 23-25-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

Bizdən qitə birinciliyində 1-ci dərəcəli beynəlxalq hakim Hicran Şərifov ədaləti qoruyacaq.

Həmin kateqoriyadan