- Baxış sayı: 35
- 27 Aprel 2025 20:20
- Baxış sayı: 92
- Aprel 27, 2025
- 0
Sərbəst güləş üzrə milli geniş heyətlə Qubada təlim-məşq toplanışı keçir. Allsport.az xəbər verir ki, martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba olimpiya idman kompleksində təşkil edilən toplanışda gənclərdən ibarət milli də iştirak edir.
Yunan-Roma və qadın güləşi üzrə yığmalar isə məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan güləş federasiyasının təlim-məşq bazasında keçir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaqsa, yunan-Roma güləşçilərin toplanışı bu gün başlayıb. “Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcək.
Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.