- Baxış sayı: 56
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 566
- Avqust 12, 2026
- 0

Qadın voleybol millisi bu gün Avropa çempionatına hazırlığın növbəti mərhələsi üçün Sloveniyaya yola düşüb. Allsport.az saytı xəbər verir ki, komandanı hava limanında federasiya rəsmiləri və əməkdaşları yola salıblar.
Seçməmiz 1 həftə Sloveniyada təlim-məşqdə olacaq. Hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da nəzər tutulub. Voleybolçularımız avqustun 15-də isə qrup oyunlarının baş tutacağı Almaniyanın Düsseldorf şəhərinə yollanacaqlar.