Son oyunu da uduzdular

Qadın voleybolçulardan ibarət Azərbaycan komandası Avropa qızıl liqasında mübarizəni başa vurub. Allsport.az xəbər verir ki, Xorvatiyanın ev sahibliyi etdiyi 3-cü turun son qarşılaşmasında milli Rumıniya yığması ilə üz-üzə gəlib.

Zadar şəhərində təşkil olunan görüşün qalibi Rumıniya seçməsi olub.

Reqlamentə əsasən yarışda iştirak edən 12 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 28-29 iyun tarixlərində İsveçdə baş tutacaq.

Avropa qızıl liqası

III tur

Rumıniya – Azərbaycan 3:0 (25:14, 25:10, 25:17)

Həmin kateqoriyadan