- Baxış sayı: 65
- 10 May 2026 15:37
- Baxış sayı: 76
- May 11, 2026
- 0

Antalyada keçirilən gənclər (U-20) arasında “Çempionlar” turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, son yarış günündə 63, 82, və 130 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
İlk və ikinci gündə olduğu kimi, sonuncu gündə də 1 gümüş və 1 bürünc medal qazanılıb. Tural Əhmədov (63 kq) ikinci Elmin Əliyev (82 kq) isə üçüncü yeri tutub.
Beləliklə, millimiz ənənəvi turniri 6 (3 gümüş, 3 bürünc) medalla başa vurub. Öncəki günlərdə Turan Daşdəmirovla (55 kq) Ayxan Cavadov (60 kq) gümüş Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) isə bürünc medal əldə edib.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Antalyaya yollanan yığma 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) birinci, Qırğızıstan (115) isə üçüncü olub.
“Çempionlar” turnirində II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.