Stadnik 2-ci pilləyə yüksəldi, Ratkeviç 4-cü sıraya düşdü

Dünya Güləş Birliyi (UWW – United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Allsport.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 5 güləşçimizin adı var.

Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, Dünya və dördqat Avropa çempionu Mariya Stadnik 2-ci pilləyə yüksəlib. Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dünya və Avropa çempionu Yuliya Ratkeviç isə 2 pillə geriləyərək 4-cü sırada qərarlaşıb.

48 kq – 2. Mariya Stadnik – DÇ 3-cü yer (4)
58 kq – 11. İrina Netreba – Paris Qran Pri turniri 3-cü yer (12)
60 kq – 4. Yuliya Ratkeviç – DÇ 2-ci yer (2)
12. Nataliya Sinişin – Paris Qran Pri turniri 2-ci yer (11)
69 kq – 17. Nadya Muşka Sementsova – Klippan turniri 5-ci yer (19)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Həmin kateqoriyadan