- Baxış sayı: 34
- 26 Aprel 2024 23:41
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Varşavada keçirilən güləş üzrə Avropa çempionatına davam edir.
Allsport.az xəbər verir ki, yarışın 3-cü günündə Azərbaycanın qadın güləşçiləri də mübarizəyə başlayacaq. Onlar arasında 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) də var. O, ilk görüşünü 1/4 finalda Rusiyadan Yekaterine Poleşçuka qarşı keçirəcək.
Səbirə Əliyevanın da (76 kq) ilk qarşılaşması 1/4 final mərhələsinə təsadüf edəcək. Elis Manolova (68 kq) isə mübarizəyə 1/8 finaldan başlayacaq.
50 kq
1/4 final: Mariya Stadnik – Yekaterina Poleşçuk (Rusiya)
68 kq
1/8 final: Elis Manolova – Tindra Syoeberq (İsveç)
76 kq
1/4 final: Səbirə Əliyeva – Epp Maee (Estoniya).