Stolüstü tennisçilərimiz mükafatlandırılıb

Allsport.az xəbər verir ki, Azərbaycan stolüstü tennis federasiyasında Avropa stolüstü tennis ittifaqının Xorvatiyanın Osiyek şəhərində keçirilən “Europe youth series” turnirinin mükafatçıları ilə görüş keçirilib.
ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova Osiyek sınaqlarında inamlı çıxış edən idmançılar – Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov, həmçinin milli komandanın məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə, şəxsi məşqçilər Səbinə ƏzizliZakir Cavadovu təbrik edərək onlara gələcək yarışlarda da uğurlar arzulayıb. Seçmə komandanın üzvlərinə və məşqçilərə ASTF tərəfindən mükafatlar təqdim olunub.

U-13 seçməmiz sözügedən yarışda ikinci, Onur Quluzadə şəxsi turnirdə, Yağmur Məmmədli – Xədicə Eylazova, Onur Quluzadə – Tunar Bağırov tandemi isə qoşa yarışlarda 3-cü yeri tutub.

Həmin kateqoriyadan