Stolüstü tennisçilərimizin Riqa sınağı

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışa qatılacaqlar.

Allsport.az xəbər verir ki, oktyabrın 27-də Latviyanın paytaxtı Riqada keçiriləcək “Riga city council’s youth cup” turnirində 11 idmançı bacarığını göstərəcək.

Seçmə komandanın məşqçiləri Fərhad İsmayılov, Ramil Cəfərov və Zakir Cavadovun rəhbərliyi ilə qızlardan Arzu Aslanova, Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Banu Baytallı, Xədicə Eylazova, oğlanlardan isə Hüseyn Eylazov, Rüstəm Hacılı, Tunar Bağırov, Şakir Qədirov və Adil Əhmədzadə qələbə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

Həmin kateqoriyadan