- Baxış sayı: 45
- 25 Sentyabr 2026 18:34
- Baxış sayı: 118
- Sentyabr 25, 2026
- 0

Sumqayıtda kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə yarışlara yekun vurulub. Allsport.az xəbər verir ki, Sumqayıt olimpiya idman kompleksində baş tutan turnirdə 44 oğlan və 39 qız gimnast iştirak edib.
Əlli akrobatın mübarizə apardığı yarışda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında qarışıq cütlük, kişi cütlüyü, qadın cütlüyü, kişi və qadın qrupu proqramlarında qaliblər bəlli olub. Aerobika gimnastları isə öz çıxışlarını balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında fərdi kişi və qadın, üçlük, qrup və aerodans proqramları üzrə nümayiş etdiriblər.