Sumqayıtda voleybol düşərgəsinə 40 yeniyetmə cəlb edilib 

Azərbaycan voleybol federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Allsport.az xəbər verir ki, AVF bu işlər çərçivəsində “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgələri təşkil edir.

Növbəti düşərgə bu gün Sumqayıtda start götürüb. Fevralın 23-dək davam edəcək düşərgə Olimpiya İdman Kompleksində təşkil olunub.

Burada 14 yaşadək 40-a yaxın istedadlı yeniyetmə qız iştirak edir. Onlar Sumqayıt regional voleybol klubuna (RVK) daxil olan ətraf bölgələrdə keçirilmiş seleksiya nəticəsində seçiliblər. Düşərgəyə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma rəhbərlik edir. Ona Hamid Anvari və RVK-nın məşqçiləri kömək edirlər. Düşərgədə gündə 4-7 saat məşqlər keçiriləcək və uşaqlara voleybolun incəlikləri öyrədiləcək. Həmçinin daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçiriləcək.

Həmin kateqoriyadan