Super liqada 3-cü dövrə nə vaxt başlayacaq?

Qadın voleybolçuların super liqasında III dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, ölkə çempionatının IX turunun matçları fevralın 25-də, VIII turun təxirə salınan oyunları isə martın 1-də təşkil olunacaq.

Fevralın 25-də öncə meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Azərreyl” duelinə start veriləcək.

Martın 1-də keçiriləcək VIII turun təxirə salınan oyunlarından sonra III dövrəyə yekun vurulacaq. Turun ilk qarşılaşması saat 16:00-da “Azərreyl” –“Abşeron” komandaları arasında olacaq. Dövrəyə UNEC – “Murov” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Hər 2 turun görüşləri AVF-in idman zalında təşkil olunacaq.

Həmin kateqoriyadan