- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 26
- May 11, 2026
- 0

Kişi voleybolçular arasında Azərbaycan yüksək liqasında “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın” matçı təxirə salınıb.
Allsport.az xəbər verir ki, buna Şuşa təmsilçisinin Azərbaycan voleybol federasiyasına (AVF) müraciəti səbəb olub.
Komanda Çağırış kubokunun 1/16 final mərhələsi çərçivəsində noyabrın 29-da “Panatinaikos”la cavab oyununa hazırlıq üçün bu addımı atıb. AVF isə onlara müsbət cavab verib.
Nəticədə bu gün yüksək liqada bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “Azerrail” – “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, təxirə salınan “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın” matçının keçiriləcəyi tarix haqqında məlumat veriləcək.