“Şuşanın adı çox dəyərli və əvəzolunmazdır”

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu Çağırış kubokunun 1/32 finalın cavab görüşündə Slovakiya “Spartak”ına 3:1 (ilk oyun – 3:0) qalib gəlib. Komandamızın baş məşqçisi Ziya Rəcəbov allsport.az saytına açqılama verib:

“İlk oyunu rahat udduq. İkinci matçda rəqibin itirəcəyi bir şey olmadığından, bütün gücü ilə irəli atıldı. Sonra bir set götürə bildilər. “Spartak” gənc komanda olmasına rəğmən, rəsmi oyunları çox idi. Bizi isə ümumən qınamaq olmaz: klub yenidir, avrokubokda ilk addımlarını atır.

Azarkeşlər möhtəşəm idi, hamısı var olsun. Şuşanın adı çox dəyərli və əvəzolunmazdır. Bu üzdən çox irəliləməliyik. Komandamızın adını ucalarda tutmalıyıq. Bütün heyətə bunu aşılamışam”.

Həmin kateqoriyadan