Şüvəlanda xatirə turniri

Şüvəlanda yerləşən ağırlıqqaldırma akademiyasının yarış zalında Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsinə ənənəvi – 3-cü respublika turniri keçirilib.

Allsport.az xəbər verir ki, körpücük üzərinə ilk olaraq qadın atletlər çıxıb. Toplam 152 kq (68+84) nəticə və 217,7 xalla Səbinə Əzimova bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinc pillədə toplam 136 kq (59+77) nəticə və 209,5 xalla Mərziyyə Məhərrəmova, üçüncü pillədə isə toplam 149 kq (67+82) nəticə və 200,3 xalla Günel Vəliyeva qərarlaşıblar.

Kişi atletlərin mübarizəsində toplam 320 kq (145+175) nəticə və 363,41 xal qazanan Kamran İsmayılov yarışın qalibi olub. Gümüş medal toplam 273 kq (123+150) nəticə və 349,62 xal qazanan Kənan Xəlilova, bürünc medal isə toplam 263 kq (115+148) nəticə və 338,73 xal qazanan Elşad Şərifova qismət oldu.

Körpücük üzərinə son olaraq ustadlar çıxdılar. Onlardan toplam 150 kq (65+85) nəticə və 343.73 xalla Sərdar Quliyev çempion adını əldə etdi. İkinci yerə toplam 277 kq (125+152) nəticə və 337,82 xalla Elnur Hüseynov, üçüncü yerə isə toplam 219 kq (96+123) nəticə və 334,70 xalla Zəfər Tağıyev çıxdılar.

Həmin kateqoriyadan