Təhsil nazirliyi “Sabah”ı təltif edib

Bu gün 13-cü beynəlxalq təhsil sərgisində “Təhsil avtobusu-Nəsimi” yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.

Allsport.az saytı xəbər verir ki, təhsil nazirliyi “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində reallaşdırılan “Təhsil avtobusu-Nəsimi” yay məktəbinin (23-29 iyul 2019-cu il) uğurla həyata keçirilməsinə dəstək verdiyi üçün “Sabah” klubu təltif edib.

“EXPO Center”də keçirilən tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Sabah” klubunun nümayəndəsi Pərvin Piriyevə təşəkkürnamə təqdim edib.

Həmin kateqoriyadan