“Tələskənlik üzündən fürsəti əldən verdim”

Bakı idman sarayında güləş üzrə U-23 Avropa çempionatında bu gün daha 5 çəkidə mükafatçılar bilindi. Yunan-Roma üsulu ilə çıxış edənlərin mübarizəsində 60 kq-da Nihad Quluzadə finalda türkiyəli Mərd İlbarsa 1:2 yenildi. Görüşdən sonra o allsport.az saytına bunu dedi:

“Çəkimi təzə dəyişmişdim. İlk dəfə yeni çəkidə finala çıxdım. Son U-23 dünya çempionatında uduzmuşdum. Bu dəfə artım var. Amma yenə də, xırda səhvlər var, onun üzərində işləyəcəyik. Həlledici məqamda üstünlük yaxalamışdım.

Tələskənlik üzündən fürsəti əldən verdim. Orda gözləməliydim, ancaq vaxtından əvvəl hərəkət etdim. Allah qoysa, qarşıdakı yarışlarda bu itkiləri aradan qaldırmağa çalışacağam”.

Həmin kateqoriyadan