Təlim-məşq üçün “Sübh şəfəqi ölkəsi”nə

Qadın taekvondo millisi hazırlığı ölkə xaricində davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, komandamız baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi ilə Cənubi Koreyada təlim-məşq toplanışı keçəcək.

Qarşıdakı mötəbər yarışlar, o cümlədən Bakıda təşkil olunacaq dünya çempionatında uğurlu çıxış üçün, hazırlıqda 7 taekvondoçumuz iştirak edəcək. Məşqçilər heyəti səfərə Sona Ağayeva, Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Patimat Abakarova, Səmərrux Osmanova və Fatimə Məcidovanı daxil ediblər.

Bu gün Cənubi Koreyaya yollanan komandamız Vətənə fevralın 28-də dönəcək.

Həmin kateqoriyadan