- Baxış sayı: 73
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Qadın voleybolçuların super liqasında təxirə salınan matçların vaxtları və keçirilmə yeri dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, yanvarın 14-də hava şəraiti ilə bağlı keçirilməyən I dövrənin II turunun oyunları yanvarın 25-də baş tutacaq.
Günün ilk qarşılaşmasında saat 16:00-da “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Liderlərin duelindən 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək.
Hər 2 qarşılaşma AVF-in idman zalında təşkil olunacaq.