- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 33
- May 11, 2026
- 0

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub.
Allsport.az xəbər verir ki, noyabrın 18-də və 21-də ötən həftə təxirə salınmış iki görüş baş tutacaq.
Öncə voleybol mərkəzində UNEC ilə çempionatda debüt edəcək “Milli Aviasiya akademiyası” üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.
Noyabrın 21-də isə Gəncəni Azərbaycan çempionatında təmsil edən eyniadlı klub doğma meydanda “Murov Az Terminal” komandasını qəbul edəcək. Oyun olimpiya idman Kompleksində saat 18:00-da başlayacaq.