Təxirə salınan oyunun vaxtı

Kişi voleybolçular arasında yüksək liqada III turdan təxirə salınan “Sərhədçi” – “Murov” oyununun keçirilmə yeri və vaxtı dəqiqləşib. Allsport.az xəbər verir ki, qarşılaşma fevralın 9-da saat 17:00-da başlayacaq.

Fevralın 12-də isə V turun matçları olacaq. Saat 15:00-da “Neftçi” – “Sərhədçi”, ardınca isə MOİK – “Ekspress” görüşü start götürəcək. Qarşılaşmalar “Murov” klubunun idman zalında baş tutacaq.

Həmin kateqoriyadan