Təxirə salınmış oyunların vaxtı

Təxirə salınmış oyunların vaxtı

Qadın və kişi voleybolçular arasında yüksək liqalarda təxirə salınan II turun oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Allsport.az xəbər verir ki, bu qarşılaşmalar yanvarın 22-nə təyin olunub.

Həmin gün ilk olaraq qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” – UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.

Eyni gündə kişi voleybolçuların yüksək liqasında II turun təxirə salınan “Neftçi” – “Xarı bülbül” oyunu da keçiriləcək. Bu qarşılaşma isə saat 18:00-da başlanacaq. Hər iki görüş voleybol mərkəzində təşkil olunacaq.

Bu oyunların yanvarın 12 və 13-də keçirilməsi nəzərdə tutulsa da UNEC və “Neftçi” klublarının bir çox voleybolçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsi səbəbindən təxirə salınmışdır.

Həmin kateqoriyadan