Taekvondoçular Antalyada növbəti medalları qazanıblar

Antalyada taekvondo üzrə keçirilən G-2 kateqoriyalı 12-ci Türkiyə açıq beynəlxalq turnirində gənc oğlanlar arasında çıxış edən milli komandanın üzvləri Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara layiq görülüblər.

Allsport.az xəbər verir ki, dünən gənc qızlar arasında taekvondoçu Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanmışdı.

Həmin kateqoriyadan