Tahir Baxşıyevin komandası qitə çempionatına Qaxda hazırlaşır

Yeniyetmə basketbol millisi Qax olimpiya idman kompleksində toplanışdadır. Allsport.az saytı xəbər verir ki, mayın 18-dən etibarən bir araya gələn millimiz, baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi ilə gündə 2 dəfə məşqə çıxır.

Hazırlığın əsas məqsədi 24-31 iyulda San Marinoda U-18 Avropa çempionatının “C” divizionunda oyunlardır. Toplanışa mayın 29-da yekun vurulacaq.

Həmin kateqoriyadan