- Baxış sayı: 116
- 10 Avqust 2026 17:29
- Baxış sayı: 58
- Avqust 10, 2026
- 0

III MDB oyunlarında Gəncə olimpiya idman kompleksində sərbəst güləşdə bu gün yeganə qızıl medalı Azərbaycana 48 kq-da Rəvan Həsənzadə qazandırdı. Mükafatlandırmadan sonra o sevincini allasport.az saytı ilə bölüşdü:
“Bu yarışa yaxşı hazırlaşmışdım. Allaha çox şükürlər olsun, zəhmətim hədər getmədi. Zalda ab-hava çox əla idi. Tamaşaçılara öz təşəkkürümü bildirirəm. Onlar bir dəqiqə belə dayanmırdılar. Qarşıdakı yarışlarda bu uğurun davamını gətirməyə çalışacağam.
Finalda rəqibi “tuş” vəziyyətinə gətirmək çox əhəmiyyət kəsb edirdi. Beynimdə onu qurmuşdum. Belə də oldu və görüşü vaxtından əvvəl qələbə ilə bitirdim”.
Kamran HACI, Gəncə