Tamblinq üzrə Azərbaycan çempionatı keçirildi

Noyabrın 8-də Bakı gimnastika məktəbində tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi keçirilib. Allsport.az xəbər verir ki, yarışda Bakı gimnastika məktəbi və “Neftçi” idman klubunun nümayəndələri uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıb.

Uşaqların yarışında Aqil Abbas və Məryəm Əhmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yeniyetmələrin mübarizəsində Aleksey Karataşov qızıl medal qazanıb. Gənclərin yarışında Tofiq Əliyev, böyüklər arasında isə Fərid Mustafayev bütün rəqiblərini qabaqlayaraq birinci olublar.

Bu gün batut gimnastikası üzrə 5-ci ölkə çempionatı və birinciliyi təşkil olunacaq. Yarışda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə iştirakçılar fərdi və sinxron proqramda Bakı gimnastika məktəbi və “Ocaq Sport” idman klubunu təmsil edəcəklər.

Yarışda ilk dəfə Qaxdan olan gimnastlar da iştirak edəcək.

Həmin kateqoriyadan