- Baxış sayı: 276
- 12 İyul 2026 00:00
- Baxış sayı: 229
- Avqust 05, 2026
- 0

İsrailin Eylat şəhərində yeniyetmə ağırlıqaldıranların Avropa birinciliyi davam edir. Allsport.az xəbər verir ki, yaşı 17-yə qədərdə 96 kq-da 2 təmsilçimiz qüvvəsini sınayıb.
Əli Şükürlü toplam 306 kq (140+166) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.
Tarmenxan Babayev birdən qaldırmada 145 kq-la 4-cü pillədə qərarlaşıb. Atletimiz təkanla daha yaxşı çıxış edib. O, 181 kq nəticə ilə qitə birinciliyinin bürünc medalını qazanıb.
Toplam 326 kq (145+181) nəticə ilə Babayev yekun sırlamada 4-cü yeri tutub.