- Baxış sayı: 33
- 24 Aprel 2024 19:00
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
Qadın millinin üzvü Tatyana Omelçenko (62 kq) Rumıniya paytaxtında keçirilən Avropa çempionatında 3-cü ter tutdu. Bu, onun eyni yarışda qazandığı ardıcıl 3-cü bürünc medal idi. Allsport.az saytına açıqlamasında titullu güləşçi dedi ki, bundan sonra hədəfi dünya çempionatıdır:
“Çempion olmaq istəyirdim. Bütün gücümü buna kökləmişdim. Təəssüf ki, alınmadı. Ola bilsin, rəqibi lazımınca dəyərləndirmədim. Hər halda, Allaha çox şükür, buna da narazı deyiləm.
Növbəti hədəf Avropa oyunlarıdır. Orda yüksək hazırlıq formamı qoruyub dünya çempionatına yönələcəyəm. Məqsədim Tokio olimpiadasına vəsiqə qazanmaqdır”.
Kamran HACI, Buxarest